“Pəncərəsi açıq olub, girmişəm” – Bir gecədə 3 ev yaran oğru – VİDEO – FOTO
Bakının Sabunçu rayonu şəhər Şossesi küçəsində yerləşən Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.
Minval.İnfo xəbər verir ki, Hadıyev Sabunçu Rayon Polis İdarəsinə məlumat verərək bildirib ki, evdə olmadığı müddətdə mənzilin pəncərəsi qırılıb və oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlanıb.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Onun eyni gündə daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.
Elmin İsayev (saxlanılan şəxs): “3 dənə evə girmişəm. Birindən heçnə çıxmayıb, birindən 1 dənə üzük, birindən də 3 dənə üzük və 90 manat pul. Qızılları satmışam, pulu da xərcləmişəm. Pəncərəsi açıq olub, girmişəm”.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir



