“Özüm də bilmirəm nətər girdim” – Gülərək danışan oğru – VİDEO
Yanvarın 14-də Göygöl Rayon Polis Şöbəsinə müraciət edən Üçtəpə kənd sakini Elfaq İsayev evindən oğurluq edildiyi ilə bağlı məlumat verib.
Minval.İnfo xəbər verir ki, hadisə yerinə baxış keçirən polis əməkdaşları oradan 7 min 900 manat nəğd pulun götürüldüyünü müəyyən ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti zərəçəkmişin uzaq qohumu və qonşusu olan Elfaq İsayevin törədildiyi yönündə şübhələr yaranıb. O, Bakıda saxlanılaraq istintaqa təhvil verilib. İsayev əvvəllər Rusiya Federasiyasında Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhbusluq həyatı yaşayıb.
İlqar Əhədov – müstəntiq: “İsayev Elfaq Çapay oğlu Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunub. Hazırda onun ətrafında axtarış tədbirləri həyata keçirilir. Saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır”.
Elfaq İsayev oğurluq hadisəsini törədərkən spirtli içinin təsiri altında olduğunu bildirib.
Elfaq İsayev – saxlanılan şəxs: “Qonşumuz Muxtarın evinə girdim, 7 min 800 manat pul götürdüm. Heç özüm də bilmirəm nətər girdim, yadımda deyil. Apardım həmin pulu da Bakıda xərclədim. Tutduğum əməldən də peşimanam”.
Elfaq İsayevin cinayət əməli sübüta yetirilərsə, onu 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir