Oyuncaq tapança ilə lombarda basqın etdi - Bakıda
Oyuncaq tapança ilə quldurluq etməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Allahverdiyev Kaçran Şəfayət oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
K.Allahverdiyev Bakıda lombarda basqın etməkdə təqsirli bilinərək həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə Nəsimi rayonu ərazisindəki lombarda gələn Abşeron rayon sakini Kamran Allahverdiyev orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək pul və qızıl tələb edib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs tutulub. Onun quldurluq əməlini oyuncaq tapança ilə həyata keçirdiyi məlum olub.
K.Allahverdiyev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilir. Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
