Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Baku.ws-ın məlumatına görə, oktyabrın 5-dən 11-dək azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında 34 tank əleyhinə, 327 piyada əleyhinə mina və 624 digər partlayıcı hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bu əməliyyatlar nəticəsində ümumilikdə 1239,1 hektar ərazi minalardan təmizlənib.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən təqdim olunan həftəlik hesabatda qeyd olunur ki, bu əməliyyatlar azad edilmiş müxtəlif bölgələrdə, o cümlədən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində aparılıb.
Minatəmizləmə əməliyyatları ANAMA ilə yanaşı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatı tərəfindən dəstəklənib. Bu tədbirlər ərazilərin təhlükəsizliyinin təmin edilməsi və bərpa işlərinin sürətləndirilməsi məqsədilə həyata keçirilir.
ƏLAQƏLİ
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ərazilərin minalardan təmizlənməsi, insanların təhlükəsiz geri qayıdışını və əkin sahələrinin istifadəyə verilməsini təmin etmək üçün vacib addımlardan biridir. Bu prosesin daha da sürətləndirilməsi üçün genişmiqyaslı işlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu
Qiyaməti xatırladan dəhşətli daşqın: onlarla bina bir anda yox oldu
İngiltərədə kaplan kafesinə girən şəxs həyatını itirdi