Qiyaməti xatırladan dəhşətli daşqın: onlarla bina bir anda yox oldu
Nepalın Qorxa rayonunda baş verən qəfil daşqınlar bölgədə böyük dağıntılara səbəb olub. Publika.az-ın “The Kathmandu Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu təbii fəlakət nəticəsində dörd nəfər itkin düşüb.
Hadisə 11 oktyabr səhəri Budhi-Qandaki çayında qeydə alınıb. Güclü axın nəticəsində bir neçə ev, iki asma piyada körpüsü və avtomobil körpüsü suyun altında qalıb və dağılıb.
Bununla yanaşı, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə də ciddi zərər verib, bəzi avadanlıqlar isə tamamilə məhv olub.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Fəlakət nəticəsində itkin düşənlərin tapılması üçün bütün qüvvələr səfərbər edilib.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İngiltərədə kaplan kafesinə girən şəxs həyatını itirdi
“Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” təlimi keçirildi
Rusiyada "Yandex" data mərkəzinə PUA hücumu olub
Moskva küçələrində dəhşət: Uşaqlarını boğan ana saxlanıldı
Jurnalistin məzarından oğurlanan barelyef bərpa edildi
ABŞ-ın Qolf Sahilini vuran Isaias qasırğası enerji böhranı yaratdı
Braziliyada girov götürülən 13 uşaq xilas edildi, şübhəli öldürüldü