12.10.2026 - 12:34
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Media 199 baxış

“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi

Türkiyənin populyar “Kim Milyoner Olmak İster” bilik yarışmasında aparıcı dəyişiklikləri baş verir. Oktay Kaynarca, uzun illər televiziya sahəsində xəbər aparıcısı kimi tanınan Cem Öğretir tərəfindən əvəz ediləcək.

Publika.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan bu məşhur yarışmanın yeni mövsümündə qalib üçün nəzərdə tutulan əsas mükafat da artırılıb. Belə ki, əvvəlcə 5 milyon lirə olan mükafat məbləği 10 milyon lirəyə yüksəldilib.

Xatırladaq ki, Oktay Kaynarca 2024-cü ildə aparıcılığı Kenan İmirzalıoğlundan qəbul etmişdi. Bu dəyişiklik, yarışmanın izləyiciləri arasında böyük marağa səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: