Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
Publika.az-ın yazdığına görə, Türkiyədə məşhur reper “Lvbel C5” səhnə adı ilə tanınan Süleyman Burak Bodur azərbaycanlı müğənni Asya Əlizadə ilə birgə ifa etdiyi “K….” mahnısının sözlərinə görə saxlanılıb.
İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində Bodur prokurorluqda ifadə verib. Prokurorluq reperi “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə məhkəməyə göndərib. Bodur isə ifadəsində ittihamları qəbul etməyərək, mahnı sözlərini təxəyyülünə əsasən yazdığını bildirib.
Reper, “Mən xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir” deyərək, şikayətlərdən xəbər tutan kimi mahnını rəqəmsal platformalardan sildiyini bildirib.
ƏLAQƏLİ
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu
Məhkəmə prokurorluğun həbs tələbini rədd edərək, reper barəsində məhkəmə nəzarəti tədbirlərinin tətbiq edilməsinə qərar verib. Bu qərara əsasən, onun ölkədən çıxışına qadağa qoyulub və həftədə iki gün polis idarəsində imza vermək öhdəliyi müəyyən edilib.
Bununla yanaşı, məhkəmə reperin türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsini məcburi öhdəlik kimi müəyyən edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu
Qiyaməti xatırladan dəhşətli daşqın: onlarla bina bir anda yox oldu
İngiltərədə kaplan kafesinə girən şəxs həyatını itirdi
“Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” təlimi keçirildi
Rusiyada "Yandex" data mərkəzinə PUA hücumu olub
Moskva küçələrində dəhşət: Uşaqlarını boğan ana saxlanıldı