Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Krasnoyarsk diyarının Təbii Sərvətlər Nazirliyi, bölgədə öldürülən ayıların sayının 982-yə çatdığını açıqlayıb. Publika.az-ın məlumatına görə, 8 oktyabr tarixinə qədər bölgədə 898 ayı öldürülmüşdü, lakin 12 oktyabr tarixinə qədər bu rəqəm daha da artıb.
Hesabatda vurğulanır ki, regionun bəzi ərazilərində ayıların hücum riski davam edir. Nazirlik, populyasiyanın nəzarət altında saxlanılması məqsədilə 982 qəhvəyi ayının öldürüldüyünü təsdiqləyib.
Hökumət tərəfindən aparılan monitorinq məlumatlarına əsasən, Krasnoyarsk diyarında ayıların sayı 25.000 ilə 32.000 arasında dəyişir. Ayıların məskunlaşmış ərazilərə hücumlarının əsas səbəbi kimi tayqada qida çatışmazlığı göstərilir. 2026-cı il mövsümündə Sibirdə şam fıstığı məhsulu zəif olmuşdur.
Xatırladaq ki, avqust və sentyabr aylarında bölgədə ayıların hücumu nəticəsində yeddi nəfər həyatını itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
Cibuti sahillərində miqrant faciəsi: 15-i uşaq olmaqla 109 nəfər həlak oldu
Qiyaməti xatırladan dəhşətli daşqın: onlarla bina bir anda yox oldu
İngiltərədə kaplan kafesinə girən şəxs həyatını itirdi
“Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” təlimi keçirildi
Rusiyada "Yandex" data mərkəzinə PUA hücumu olub