11.10.2026 - 12:14
“Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” təlimi keçirildi
Hadisə 232 baxış

“Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” təlimi keçirildi

Mündəricat

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyətdə olmayan istehsalat müəssisəsində “Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim təşkil olunub. Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimdə FHN Muğan Regional Mərkəzinin və TƏBİB-in tabeliyindəki Salyan rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər. Təlimin əsas məqsədi xilasedicilərin fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarını daha da inkişaf etdirmək olub.

Təlim zamanı şərti fövqəladə hal nəticəsində obyektin ərazisində “köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər” xüsusi vasitələrlə “xilas edilərək” onlara “ilkin yardım” göstərilib.

Təlimin uğurla tamamlanmasından sonra əldə edilən nəticələr müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: