9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
Publika.az-ın məlumatına görə, hərbi xidmətə çağırışla bağlı qanun pozuntularının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədilə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) birgə tədbirlər həyata keçirir. Bu istiqamətdə korrupsiyaya qarşı mübarizə və profilaktik tədbirlər də davam etdirilir.
2026-cı ilin yanvar ayından bəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan məlumatlar əsasında 124 vəzifəli şəxs və 121 digər şəxsin qanun pozuntularında iştirakı ehtimalı ilə əlaqədar araşdırmalar aparılıb.
Bu dövrdə hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına dair 4 əməliyyat-axtarış tədbiri keçirilib və nəticədə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib. Ümumilikdə, 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb və 8 şəxs haqqında cinayət işləri məhkəməyə göndərilib.
İbtidai istintaq zamanı 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertiza nəticəsində 1 şəxs hərbi xidmətə yararlı, 2 şəxsə isə xidmətdən möhlət hüququ verilib. Digər 6 şəxs üzrə ekspertiza davam edir.
Yol verilmiş nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara ümumilikdə 32 təqdimat göndərilib. SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, 4 həkim və 10 vəzifəli şəxsə xəbərdarlıq edilib. Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu
ABŞ İranla müharibədə 81 hava vasitəsini itirib
Türkiyənin Səudiyyə Ərəbistanında hərbi bazası qurula bilər
ABŞ-ın dünyanın müxtəlif bölgələrində yerləşən bombardmançı bazaları