Ötən gecə bıçaqlanan məşhur aparıcının səhhəti necədir?
Bakının Pirallahı rayonunda restoranların birində bıçaqlanma hadisəsi baş verib.
Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç ə 1988-ci il təvəllüdlü Rafael Hüseynov tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo əməliyyat olunub və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.Həkimlərin sözlərinə görə, Bernardonun vəziyyəti qənaətbəxşdir.
R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı