"Orqanların satışı ilə bağlı yayılan məlumatlar yoxlanılır, amma təsdiqini tapmır” - Vilayət Eyvazov
“Uşaq əməyinin istismarının qarşısının alınması ilə 14 dövlət qurumu ilə əməkdaşlıq edirik. Bu istiqamətdə ciddi tədbirlər görürük”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin I müavini Vilayət Eyvazov deyib.
V.Eyvazov qeyd edib ki, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb:
“Bəzi hallarda böyrək və digər orqanlarının satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rövzət Qasımov MSK-ya üzv seçildi
Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi
Bakıda geylə "eşq" yaşayan oğlandan gözlənilməz addım
General oğluna hökm oxundu
Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edildi