Oqtay Şirəliyev nazirliyi ittiham etdi: "Haqqı çatan bəzi insanlara əlillik verilməyib"
“Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb”.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bunun çox vacib məsələ olduğunu bildirib: “Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma, əvvəllər təxminən, 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.
O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: “Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.
Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: “Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu ərazilərdə qaz təchizatı dayandırılıb
Nazir müavini: “Xəzər dənizi 128 mənbədən çirklənir”
Prezident bu müavinətləri 50 faiz artırdı
Bakıda satılan sonsuzluğa, xərçəngə səbəb olan məhsullar - VİDEO
Sürücülərə şad xəbər: Maşınlar texniki baxışdan DYP-də keçməyəcək - YENİLİK
“Nazim İbrahimova cinayəti bilib gizlətdiyi üçün cinayət işi açılsın”
Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF