Ondan kömək istəyən qadına qarşı iyrənc əməl - Azərbaycanda
Lənkəranda bank hesabından pul oğurlamış şəxs tutulub.
Minval.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Gəgiran kənd sakini R.Axundova mayın 9-da onun bankların birindəki hesabından 340 manatının çıxarılaraq oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Kənarmeşə kənd sakini Əfqan Əkbərov olduğu, həmin gün bankomatdan pulunu çıxarmaq üçün kömək etdiyi qadının pulunu çıxardığını, lakin həmin məbləği dərhal mənimsəyərək pulun hesaba köçməməsi bəhanəsi ilə kartı yenidən qadına qaytardığı müəyyən edilib.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir