Ömürlük məhbus: “Sevgilim 2-3 dəfə ərə getdi” (VİDEO)
ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Elbrus Əhmədovun həbsxana hekayələrindən bəhs olunub.
Elbrus Əhmədov (ömürlük məhbus): “Orta məktəbi bitirdikdən sonra Ukraynaya getmişəm. Balıqçı işləyirdim. İlk tutduğum balığ 35-40 kq idi. Bir oğlan var idi. Onunla yeyib-içdik. Ümumiyyətlə, içki içən olmamışam. Birdən-birə oldu. 25 il əvvəl olub. Çox şeyi xatırlamıram. Səhər ayılanda polislər gələndə xəbərim oldu ki, 7-8 yaşlı uşağı öldürmüşəm. Mənə ölüm cəzası verildi. Çox dəhşətli anlar idi. Ölüm cəzasının qorxusunu çox çəkmişəm. Ölüm hökmü ləğv olanda çox sevindim. Ata-anama köməyim dəymədi. Atam rəhmətə gedəndə basdıra bilmədim. 2 qardaşım da illər öncə vəfat etmişdi. Sevdiyim var idi. Mən tutulandan sonra 2-3 dəfə ərə getdi. Azadlığa çıxandan sonra anamın yanına gedəcəm. Elədiklərim üçün çox peşmanam”.
https://www.youtube.com/watch?v=HyFeK4084no
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı