Ölkədə son günlər yoluxma niyə artır? - Səbəb açıqlandı

Yumşalmalardan sonra koronavirusa yoluxma sayında artım olub. Gözlədiyimiz kimi, yoluxma sayında sıçrayışlı artım müşahidə edilməsə də müəyyən qədər yüksəliş var.
Minval.info xəbər verir ki, Bunu Trend-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, buna səbəb sosial təmasın bu və ya digər şəkildə artmasıdır: “Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Bu da yoluxmaların artmasına gətirib çıxarır. İkinci məsələ koronavirusun “Delta” variantıdır. Bildiyimiz kimi, “Delta” ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir”.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Ermənistan arasında atəşkəs elan edildi
Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
Sığorta şirkətlərinin fırıldaqları - Sürücülər boğaza yığılıb
Bakıda məktəbdə azyaşlıların cinsi əlaqədə olması ilə bağlı RƏSMİ AÇIQLAMA
Çay içə-içə siqaret çəkən kişilərə CİDDİ XƏBƏRDARLIQ