Öldürüb, çılpaq formada küçəyə atdılar - Azərbaycanda dəhşətli hadisə (VİDEO)
“Space” Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini Danış” verilişində illər sonra qətl hadisəsinin təfərrüatları ortaya çıxıb.
Minval.İnfo xəbər verir ki, verilişə müraciət edən Gəncə sakini qardaşının ölümü haqqında danışmaq istədiyini bildirib. İllərdi danışmadığı sirləri açan Səlimxan qardaşı Asifin ölümündə günahkar bibisi oğlanlarının olduğunu deyib.
O iddia edib ki, qardaşını öldürən doğma qohumlarıdır. Qardaşlar bildirib ki, Asifi öldürüb, cəsədini gecə ilə Gəncədə Nizaminin məqbərəsinin yaxınlığına yarı çılpaq formada atıblar:
“Qardaşımı öldürüb küçəyə atıblar. Amma mən o vaxt araşdırdım və qardaşımın siqareti, alışqanı və paltarları bibimgildən çıxdı. Bu necə ola bilər? Qardaşımla yola getmirdilər. Qardaşım onlara borc pul vermişdi. Rusiyadan birbaşa Gəncəyə məhz pulu almağa gəlmişdi”.
Onun iddiası bununla da bitməyib. Səlimxan bildirib ki, qardaşının ölüm xəbəri gələndə ailəliklə Rusiyadan Azərbaycana gəliblər: “Biz gələnə kimi onu basdırıblar. Özü də sellofana bükərək… Bir az sonra ekspertiza gəldi. Ayağının birini kəsib apardılar. Guya avtoqəzada ölüb. Hələ də, qardaşımın ayağını gətirməyiblər”.
İnanılmaz faktları açıqlayan Səlimxan Asifin ölümündən əvvəl aralarında olan dialoqu da olduğu kimi Amil Xəlilə danışıb…
Olduqca maraqlı anları sizə təqdim edirik:
Qeyd edək ki, veriliş Amil Xəlilin təqdimatında həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır. Verilişin informasiya dəstəkçisi “Minval.İnfo” saytıdır.
https://www.youtube.com/watch?v=cqoW1Ttc0RQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda 35 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır
Bakıda qadın özünü 9-cu mərtəbədən atıb
Bakıda marketdə bədbəxt hadisə: eskalatora ilişən 6 yaşlı uşağın ayağı sındı
Şəki sakini dərmandan zəhərlənərək ölüb
Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi
Türkiyə ordusu Suriyanın şimalında daha 9 terrorçunu zərərsizləşdirib
Bakıda seksual manyak saxlanıldı
