Öləcəyini öyrəndi, bütün sərvətini kasıblara xərclədi - FOTOLAR
Avstraliyanın ən zəngin şəxslərindən olan, “müsəlman milyrader” kimi tanınan və 29 mayda xərçəng xəstəliyindən vəfat edən Əli Banat haqqında maraqlı faktlar ortaya çıxıb.
Minval.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 36 yaşlı milyarder 2015-ci ildə sağalmaz xəstəliyə düçar olduğunu və cəmi 7 ay ömrünün qaldığını öyrənəndən sonra bütün srəvətini yoxsullara xərcləməyə başlayıb.
“Bu xəstəlik mənə Allah tərəfindən verilmiş hədiyyədir. Şükürlər olsun ki, Allah mənə dəyişməyim üçün fürsət verdi. Mən də həyatımı insanlara xidmətə həsr etməyə qərar verdim. Çünki bu qədər sərvət deyil, əməllərim məni xilas edə bilər”, – deyə iş adamı 2015-ci ildəki açıqlamasında bildirmişdi.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
7 ay deyil, 3 il bu xəstəliklə yaşayan Əli Banat bu müddət ərzində Afrikanın ən kasıb ölkələrindən olan Toqoda Dünyanın Hər Yerindəki Müsəlmanlar (MATW) adlı xeyriyyə cəmiyyəti qurub. Həmçinin, məktəb və məscid inşa etdirib.
Bundan başqa, xəstəxana, valideyni olmayan 600 uşaq üçün xüsusi məktəb və 200 dul qadının ailələri ilə yaşaması üçün kənd inşa etdirmək planlaşdırılmışdı. Bu işləri bundan sonra onun qurduğu cəmiyyət davam etdirəcək.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi