Oğuzda 20-yə yaxın şəxs cərimələndi - Səbəb

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətindən Minval.info-ya verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyatda bəzi sərnişin və sürücülərin tibbi maskadan istifadə etmədiyi, qaydalara biganə yanaşdığı aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb, ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırılıblar.
Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər də yol polisi əməkdaşları tərəfindən müəyyən edilib, pandemiya dövrünün tələbləri bir daha onların diqqətinə çatıdırlıb.
Yoxlamalar zamanı ümumilikdə qaydaları pozan 20-yə yaxın şəxs barəsində intizam tənbeh tədbiri görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İçməli suyun verilməsində nə çətinliklər yaranıb?
Baş nazir qaydalara dəyişiklik etdi
Mehriban Əliyeva aztəminatlı ailələri sevindirdi - FOTOLAR
Qaz limitini keçən abonentlərə şad xəbər
Hansı halda pensiyalar yenidən hesablana bilər?
“JEK”lər mənzillərdən pul yığa bilməyəcək