Oğurluq etdikləri evləri yandıran dəstə üzvləri həbs edildi - FOTO
Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Minval.İnfo xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.
İstintaqın gedişi zamanı dəstə üzvlərinin cari ilin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub.
Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir




