Oğulun ata-anasını baltalamasının TƏFƏRRÜATI - Azərbaycanda dəhşət
Daşkəsəndə oğulun ata-anasını baltalamasının bəzi təfərrüatları məlum olub.
Minval.info-un “Report”a istinadən məlumatına görə, rayonun Qabaqtəpə kəndində yaşayan 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova axşam saatlarında onlarla birgə yaşayan oğulları Firdovsi İlyas oğlu Bağırov tərəfindən balta ilə ağır dərəcəli bədən xəsarətləri alıblar. O, anasının başına balta ilə bir neçə zərbə endirib, atasına isə küt alətlə zərbələr endirərək baş və üz nahiyəsinə ciddi xəsarətlər yetirib.
Hadisə zamanı F.Bağırovun sərxoş olduğu bildirilir. Narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayan F.Bağırov bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.
Onun bundan əvvəl də valideynləri ilə ailədaxili münaqişəsinin olduğu bildirilir. Hadisə zamanı ailənin yaxınlıqda olan digər ovladı səs-küyə gəlib və ata-anasını avtomobilə mindirərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsində müalicəsi davam edən ər-arvadın vəziyyəti ağırdır.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir