Ögey analarının uşaq dünyaya gətirməsinə etiraz edən bacı-qardaş özünə qəsd edib – TƏFƏRRÜAT

Bakıda qardaş və bacının özlərinə qəsd etmələrinin təfərrüatları məlum olub.
Minval.İnfo ONA-ya istinadən xəbər verir ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə atalarının ögey analarından uşaq dünyaya gətirmək istəməsi səbəb olub.
Belə ki, Asim və Aysel 6 il əvvəl analarını itirib. Ataları Bakir Kərimov həyat yoldaşının ili çıxmamış yenidən ailə həyatı qurub. Uşaqlarla ataları arasında ilk problem də həmin vaxtdan başlayıb. Lakin sonradan münasibətlər normallaşıb.
Bu ilin əvvəlində isə ögey anasının hamilə qaldığını öyrənən bacı və qardaşın ataları ilə münasibəti yenidən pisləşib. Mərhum Asim Kərimov atasına “o uşaq dünyaya gəlsə, özümü öldürəcəm” deyə xəbərdarlıq edib. Lakin B. Kərimov oğlunun etirazına məhəl qoymayıb. A. Kərimov yaşadığı evdə özünü asıb.
A.Kərimova isə qardaşı dəfn edilən gün sirkə turşusu içərək canına qəsd edib. 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən A.Kərimovanın vəziyyətinin orta-ağır qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 15 yaşdan yuxarı hər kəsin barmaq izləri götürüləcək
SMS icazənin müddəti artırıldı
Şəki “ASAN Həyat” kompleksi istifadəyə verilib
Ölkədə son günlər yoluxma niyə artır? - Səbəb açıqlandı
Azyaşlıya siqaret satışının məsuliyyətini satıcı daşıyır – ŞƏRH