Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
Odlar Yurdu Universitetində hər il olduğu kimi bu il də pedaqoji işçilərin biliyinin, professional bacarığının hansı səviyyədə olduğunu müəyyən etmək məqsədilə hər bir müəllimin növbəti tədris ilində tədris edəcəyi fənnin təqdimatı keçirilir.
Müəllimlərin diaqnostik qiymətləndirilməsi yeniliklərin təhsilə tətbiqi, müasir metodlardan istifadə etməklə müasir tələblərə uyğun tədris prosesini daha effektiv qurmaq məqsədilə nəzərdə tutulub.
Təqdimatda universitetin bütün professor-müəllim heyəti, həmçinin digər qonaqlar və ekspertlər iştirak edirdi.
Bildirildi ki, müəllimlərin təkmilləşməsi təlimin keyfiyyətinə də müsbət təsir göstərəcək. Həmçinin vurğulandı ki, ilin sonunda hər kafedrada attestasiyadan müvəffəqiyyətlə keçmiş müəllim “İlin müəllimi” nominasiyasını qazanacaq.
Müzakirələr və təqdimatlar davam edir.
Arzu edənlər iştirak edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?


