Nüfuzlu qəzet Melaniya Trampdan üzr istədi

Britaniyanın “The Daily Telegraph” qəzeti ABŞ-ın birinci xanımı Melaniya Trampdan onun haqqındakı məqalədə faktların təhrif olunması səbəbindən üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bildirib.
Bu barədə Associated Press agentliyi məlumat yayıb. “Təəssüfümüzün əlaməti olaraq biz xanım Trampa kompensasiya, həmçinin məhkəmə xərclərini ödəməyə hazırıq”, – nəşrin bəyanatında belə deyilir. Ödənişin məbləği açıqlanmır.
Burada söhbət Melaniya Tramp haqqında qəzetin həftəliyində yanvarın 19-da dərc olunmuş məqalədən gedir. Məqalədə onun atası barədə faktlar təhrif olunmuş şəkildə verilib. Habelə qəzet yazıb ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampla ailə quranadək Melaniyanın karyerası uğursuz olub.
“Biz etiraf edirik ki, xanım Tramp ərə gedənədək özü uğurlu peşəkar model olub və işə ərinin yardımı olmadan düzəlib”, – deyə Britaniya qəzeti qeyd edib. (AzərTAc)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!