Nobel mükafatı laureatı Şuşaya gedəcək
Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycana gəlib.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.
Rektor qeyd edib ki, UNEC İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələn Əziz Səncəri özü qarşılayıb: “Forum çərçivəsində Əziz Səncərin iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, Postcovid elm və təhsilinə elmi baxış), Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulub. Dəvətimizi qəbul etdiyinə görə dəyərli Əziz Səncərə təşəkkür edirik”.
Qeyd edək ki, forum 1-3 dekabr tarixlərinə Gülüstan sarayında baş tutacaq. Ə.Səncər Forum çərçivəsində alimlərlə görüşəcək, eyni zamanda çıxış edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?