"Övladınızdan danışanda niyə üzr istəyirsiniz?!" - Elçin Əlibəyli (Video)
Teleaparıcı Elçin Əlibəyli verilişində iştirak edən qonaqlardan birinə iradını bildirib.
Minval.info xəbər verir ki, buna səbəb proqrama dəvət alan qonağın övladı barədə bəhs etməyə başlayarkən “üzr istəyirəm” deməsi olub.
“Siz niyə övladınız haqda danışarkən üzr istəyirsiniz? Övladdır da. Üzr istəməli bir şey var? Əksinə insan qürur duyar ki, bu, mənim övladımdır. Xahiş edirəm, bunu yığışdıraq. Bu, mentalitetimizdə qalan çox pis bir adət-ənənədir. Övladı biz yaratmışıq da. Allah bizə bu xüsusiyyəti verib. Utanmalı nə var ki? “Üzr istəyirəm” demək övladı aşağılamaqdır. Yığışdırmalıyıq bunu. Elə bil, cinayət etmişik. Ümumiyyətlə, insan səhv etməyibsə, üzr istəməz” – Elçin Əlibəyli bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ - 15 iş günü ərzində...
Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ
3 və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR
Göndərilən o SMS düz çıxdı - 500 manat verilir - FOTO
İşsizləri SEVİNDİRƏCƏK XƏBƏR- Dövlət maaş... - AÇIQLAMA