Nərimanovda sakinlər tikinti işlərindən narazıdır
Nərimanov rayonunda aparılan tikinti işləri yerli sakinlərin ciddi narazılığına səbəb olub. Məhəllə sakinləri, xüsusən Ağaneymətulla küçəsi 79 ünvanında yaşayanlar, vəziyyətdən narazılıqlarını bildiriblər.
Minval.info xəbər verir ki, “Monaliza” restoranının yaxınlığında baş verən tikinti işləri ətrafda yaşayan vətəndaşlara narahatlıq yaradır. Sakinlər gecə səs-küydən rahat yata bilmədiklərini və tikinti səbəbindən ərazidə toz-torpaq probleminin artdığını qeyd edirlər. Yağışlı havalarda isə küçələr palçığa çevrilir, bu da gediş-gəlişi çətinləşdirir.
“Şikayətimizi eşidən yoxdur. Toz-torpaqdan, yağışda palçıqdan zülm çəkirik”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidəki vəziyyətin araşdırılmasını və yaranmış problemlərin həllini tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaşıllıqlara dəymiş ziyan 225 min manatı keçdi
Bakı sakini deputatla qarpız üstündə mübahisədən sonra işini itirdi
Hicabın məktəblərdə geyim forması olaraq tətbiqi müzakirə edilir
VACİBYol polisi valideynlərə yeni tədris ili xəbərdarlığı
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?