SON DƏQİQƏAzərbaycan nefti bahalaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,39 ABŞ dolları və ya 0,39 % artaraq 98,58 ABŞ dolları olub.
Minval.info xəbər verir ki, bu barədə neft bazarındakı mənbələr məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 92,16 ABŞ dolları təşkil edir.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 0,74 ABŞ dolları və ya 0,78 % artaraq 94,86 ABŞ dollarına yüksəlib. Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları olaraq müəyyən edilib.
ƏLAQƏLİ
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq qeydə alınıb. Bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
5,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
Avropa İttifaqı 42.6 milyon barrel neft ehtiyatını tezləşdirəcək
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq