Neftçala sakinləri etiraz üçün yolu bağlamağa hazırlaşır – İcra başçısı insanları dinləmir
Neftçalanın kənd sakinləri ciddi problemlər yaşayırlar.
Cəngər, Beştəli, Şorkənd, Surra, Qaraqaşlı, Qardaşbəyli kəndlərinin işıq sistemi sonuncu dəfə 1961 – ci ildə çəkilib. Üzərindən uzun müddət keçib və naqillər tez-tez qırılır. İnsanlar işıqsız qalırlar. Cəngən kəndində yerləşən tibb ocağı tez-tez işıq problemi yaşayır. Bu da təcili vəziyyətlərdə xəstələrin, ağır yaralıların həyatı üçün təhlükə yaradır.
Minval.info-nun əməkdaşına danışan kənd sakinləri bildirirlər ki, müraciət etmədikləri yer qalmayıb, amma baxan yoxdur. Tibb bacıları deyir ki, “Bəzən işıq günlərlə olmur. Bu da işimizi görməyə maneə yaradır. Elə xəstələr olur ki, təcili ilkin müdaxilə lazım olur. Onsuz da texniki avadanlıqlarımız nasazdır. Yenilənməlidir. İşıqda bir tərəfdən… Axı burada söhbət insan həyatından gedir. Hərdən xəstənin ölmünə xəstəlik yox, işığın olmaması səbəb olur“.
Sakinlərin digər problemləri isə, qaz sistemidir. Surra kəndinin sakinləri deyir ki, “ Düz kəndimizin yanından başqa 2 kəndə qaz borusu keçir. Amma bizə illərdir qaz verilmir. Normal yaşaya bilmirik. Qaz yox, su yox. Biz nə edək? Nə yeməy yeyə bilirik, nə çimə bilirik, əkin sahələrimiz mal-qaramız susuzluqdan quruyur, ölür. Bəs biz necə dolanaq? Əkin sahələrinə vaxtında su verə bilmirik deyə günəş yandırır. Bir tikə çörək tapırıq, onuda bişirib yeyə bilmirik. Hansı dövrdə yaşayırıq ki, qaz, işıq, su problemi çəkək“.
Növbəti problem isə yol problemidir. Salyan- Neftçala yolu 2 ilə yaxındırki təmiri yarımçıq qalıb. Neftçala sakinləri deyirlər ki, “Birdənə düz yolumuz da yoxdur. Niyə bizə baxmırlar? Niyə yollarımız yarımçıq qalıb? Hanı qazımız, suyumuz? Dövlət pul ayırır bu abadlıq işlərinə. Bəs bizə də köməy eləsinlər də. Gözümüzü açandan elə bu problemləri yaşayırıq. Neftçala deyəsən başsız qalıb. İcra hakimiyyəti nəylə məğşuldur? Bizi yolu bağlamağa, etiraz etməyə, küçəyə çıxmağa vadar edirlər”.
Nərminə Məmmədova
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qaz, işıq və su haqda qanunlara dəyişiklik qəbul edildi
Broyler toyuqları kişiləri qadınlaşdırır: Döşü böyüyür, səsi dəyişir…
"Müdirinə de, bir az şərəfi olsun" - Şeyxdən qalmaqallı açıqlama
"İnanmazdım ki, Tünzalə üçün bu sözü deyəcəyəm" - Oqtay Əliyev
Ərdoğan nazirlərlə İsveçin NATO-ya qəbulunu müzakirə edəcək
Prezidentin köməkçisi: "Sərt karantin daha 2 həftə uzadılacaq" - VİDEO
Baş Prokurorluq deputata cavab verdi