Neftçala sakini 40 manat borca görə həmyerlisinə atəş açıb
Neftçala sakini 40 manat borca görə həmyerlisinə atəş açıb.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinə fevralın 1-də Ballıcallı kəndi ərazisində Salyan rayon sakini T.Fətullayev istiqamətində tüfəngdən atəş açılması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 19 radələrində T.Fətullayev idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Quliyevə verdiyi 40 manat borc pulu və gediş haqqını almaq üçün onun qayınatası, Ballıcallı kənd sakini N.Abbasovun yaşadığı evin həyətinə gəlib. Bu zaman N.Abbasov xuliqanlıq zəminində T.Fətullayevin istiqamətində tüfəngdən atəş açıb. Xəsarət alan olmayıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə E.Quliyev və N.Abbasov saxlanılıblar.
N.Abbasovdan qanunsuz saxladığı “İJ-16” markalı tüfəng götürülüb.
Davam etdirilən tədbirlərlə E.Quliyevin yaşadığı evə baxış zamanı oradan heroin aşkar edilərək götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi
Sosial şəbəkədə porno video yayanlar saxlanıldı
Bakının Xətai rayonunda yollar bağlandı!
Qusarda kəsici alətlə təxribat: 22 yaşlı şəxs saxlanıldı
Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!