Neft mədəni ərazilərini qanunsuz zəbt edənlərə XƏBƏRDARLIQ edildi
Bakıda neft mədəni ərazilərinin qanunsuz zəbt edilərək ayrı-ayrı vətəndaşlara satılması problemi hələ də davam edir.
“Minval.info” xəbər verir ki, əhalinin sürətli şəkildə məskunlaşdığı neft ərazilərindən biri də Buzovna qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) mədən sahəsidir.
Artıq mədən ərazisinin bir hissəsi yaşayış massivinə çevrilib.
Burada yaşamağın təhlükələri barədə vətəndaşlar dəfələrlə məlumatlandırılıb. Lakin buna baxmayaraq, yüzlərlə sakin mənzil problemini bu yolla həll etməyə çalışır.
Araşdırmalar onu göstərir ki, neft mədənlərinin ərazisi əsasən müxtəlif işbaz maklerlər tərəfindən zəbt olunaraq vətəndaşlara satılır.
NQÇİ-nin mühafizəsini təşkil edən “Security Operation Services” şirkətinin müşaviri Almaz Əhmədova “Report”a bildirib ki, mədən ərazilərində evlərin tikilməsi qeyri-qanunidir:
“Hektarlarla neft ərazisi yerli işbazlar tərəfindən vətəndaşlara satılır və bu zaman onlar aldadılırlar. Neft ərazisində yaşayan insanların həyatları təhlükədə olur. Onlar həm özlərini, həm də yaxınlarını qurbana çevirirlər. Şüalanma nəticəsində qan xərçəngi, şiş xəstəlikləri yaranır. Odur ki, biz vətəndaşları işbaz maklerlərin oyununa gəlməməyə və mədən ərazisində ev almamağa çağırırıq”.
Problemlə bağlı “Report” Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulovla əlaqə saxlanılıb.
O deyib ki, məsələdən xəbərdardılar və ərazidə qanunsuz tikililərin qarşısının alınması istiqamətində mübarizə aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazir gələn il pensiyaya çıxacaq şəxslərlə bağlı vəziyyətə aydınlıq gətirib
Nazir: Son illərdə cins nisbətinin pozulmasında azalma müşahidə olunur
"Sakinlərə 1 illik kirayə pulu veriləcək" - İcra başçısı
Kəndlərdə aptek problemi - Sakinlər əziyyət çəkir - Video
Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı - Fotolar
Od çərşənbəsidir
Müəllimlərə ipoteka verilməsi ilə bağlı şərtlər dəyişdirildi