22.01.2019 - 13:06
Sosial 1 baxış

Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Minval.info” verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək

ETSN xəbərdarlıq edir ki, yanvarın 22-si axşamdan 23-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: