Nazirlikdə kobud qanun pozuntusu - Borclu şirkət necə qalib oldu?
Daha bir dövlət agentliyi tender qaydalarını pozub.
“APA-Economics” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Qalib şirkət “Digital Umbrella” MMC ilə 60 min manatlıq müqavilə imzalanıb. Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Aqrar Xidmətlər Agentliyinə 7 xidmət göstərəcək.
Qeyd edək ki, “Digital Umbrella” MMC-nin 19 360 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağış sularına qarşı yeni layihələr
Ana qolları olmayan körpədən imtina etdi: Reaksiyalar sərt oldu
Bakı və Sumqayıtda ağıllı su şəbəkələri qurulacaq
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
