Nazirlik Tarif Şurasına niyə müraciət edib?
Xəbər verdiyimiz kimi, Tarif Şurasının 30 iyulda keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Minval.info xəbər verir ki, sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət edən qurumlar arasında “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “Baku Bus” MMC olmaqla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də var.
“Digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Daşıyıcılar uzun müddətdir ki, problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi”.
Bunu “Kommersant.az”ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bildirilib. Açıqlamada deyilir ki, bu qərar daşıyıcıların maliyyə vəziyyətini sağlamlaşdıracaq:
“Həmin müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil olunub, xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib.
Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Bakıda küçələr və prospektlər yuyuldu
Diplomatlar Xudavəng monastırına səfər etdilər
Bakı metrosu yeni tədris ilinə hazırdır!
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!