Nazirlik: Pensiya sisteminin inkişafına dair beşillik dövr üçün yol xəritəsi hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır.
Bu barədə “Minval”a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.
Məlumata görə, bu məqsədlə müvafiq təkilflərin hazırlanması üçün nazirlikdə işçi qrupu fəaliyyət göstərir və bu işlərə beynəlxalq ekspertlər də cəlb edilib: “Prezident İlham Əliyevin tapşırığına əsasən aparılan islahatların bir istiqaməti də pensiya sisteminin təşkmilləşdirilməsi işləri çərçivəsində minimum və orta pensiyanın artım tempinin davam etdirilməsinə yönəlib”.
Nazirlikdən qeyd olunub ki, hazırda ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?