Nazirlik : MİQ imtahanlarında 29 sualda texniki qüsur müəyyən olunub
Müəllimlərin işə qəbulu imtahanının suallarının yoxlanılması zamanı ekspertlər tərəfindən Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən olunub.
Musavat.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu suallar ümumi sualların 0, 54 faizini təşkil edib.
“Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsur izah olunacaq”.
M.Camalzadə qeyd edib ki, yekun nəticələr sabahdan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək: “İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apellyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-da qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək”.
Nazirlik rəsmisi əlavə edib ki, müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. “Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
Gələn il bu universitetlərdə tələbə qəbulu azala bilər - Nazir açıqladı
Müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq
Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı
İmtahan qabağı abituriyentlərə vacib məsləhətlər - Bunlara əməl edin