Nazirlik ağac kəsilməsi xəbərini araşdırdı, məlum oldu ki...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu Şərifzadə küçəsi 168A ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib. Araşdırma zamanı ərazidə pilot layihə çərçivəsində “Qismət-M Construction” MMC tərəfindən köhnə beşmərtəbəli binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil dayanacağının tikildiyi müəyyən edilib. Dayanacağın girişindəki müxtəlif cinsli bioloji inkişafda olan 6 ədəd ağacın dayanacaq fəaliyyət göstərəcəyi təqdirdə kəsilmə təhlükəsi altında qalacağı qeydə alınıb.
Faktla bağlı akt tərtib olunub və ağacların qorunub mühafizə olunması, aqrotexniki qulluq göstərilməsi məqsədilə MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah çətirsiz gəzməyin - Yağış yağacaq, duman olacaq
Sabah Bakıda 20 dərəcə isti olacaq - PROQNOZ
Sabaha gözlənilən hava məlumatı açıqlanıb
Azərbaycanda boş qalan iki önəmli post: Təyinat niyə gecikir?
Bakıda avtomobil yandı, böyük tıxaca səbəb oldu