Nazir özünə 4 müşavir, 213 işçi axtarır (SİYAHI)
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə 4 müşavir seçmək üçün daxili müsahibə elan edib.
Minval.info nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edilib.
Ümumilikdə nazirliyin aparatına, şəhər və rayon təşkilatlarında boş qalan 217 yüksək vəzifə üzrə müsahibə elan olunub.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üzrə 36 yer, Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 26 yer, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatı və rayon (şəhər) şöbələri üzrə 101 yer, Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Aparatı və rayon(şəhər) Məşğulluq Mərkəzləri üzrə 54 boş qalan yerə müsahibə keçirilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
