Nazir müavini: "İşə qəbul üzrə imtahana başqasının əvəzinə girmək cəhdinin qarşısı alınıb"
Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlar zamanı başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdi olub.
APA-nın xəbərinə görə, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bu cəhdin qarşısı imtahan təşkilatçıları tərəfindən alınıb: “Bununla bağlı Təhsil Nazirliyi müvafiq addım atacaq”.
Nazir müavini deyib ki, imtahan iştirakçılarının hansı masada oturmasının heç bir əhəmiyyəti yoxdur”. İmtahan verən şəxs tutduğu masadan asılı olmayaraq kompüterə öz pin kodunu, şəxsiyyət vəsiqəsinin kodunu əlavə etməklə şəxsi kabinetinə giriş imkanı əldə edir: “Şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar onun üçün çıxarılır və əgər şəxsin şəxsiyyət vəsiqəsi başqası tərəfindən idarə olunmursa, ora şəxsin özündən başqa heç kəs girə bilməz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?