Nazir minaya düşən şöbə rəisinin rütbəsini artırdı
Oktyabrın 4-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb.
Bu barədə FHN-dən “Minval.info”ya daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, görüşdə S.Heydərovun valideynləri də iştirak edib.
Görüş zamanı S.Heydərovun sağlamlıq vəziyyəti ilə maraqlanan nazir onun vətənpərvər, xalqına və dövlətinə bağlı, cəsarətli insan kimi formalaşmasına görə valideynlərinə təşəkkür edib. S.Heydərovun sağlamlığının bərpa olunması üçün bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyini bildirən nazir K.Heydərov bu məsələnin onun daim diqqətində olduğunu vurğulayıb.
Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə S.Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.
Süleyman Heydərov ona göstərilən diqqətə görə təşəkkür edərək, Vətənə bundan sonra da şərəflə xidmət edəcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 27 aprel
Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar (VİDEO)
İlham Əliyev fərman imzaladı
Qurban bayramının vaxtı bəlli oldu
“Formula 1-ə qarşı çıxan varsa, deyin, görüşüm onu başa salım” - Deputat
Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb
Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd irəli sürüb