Nazir gələn il pensiyaya çıxacaq şəxslərlə bağlı vəziyyətə aydınlıq gətirib
“2019-cu ildə pensiyaya çıxacaq şəxslərin 70 faizinin pensiya təminatı avtomatlaşdırılmış formada həyata keçiriləcək”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah” mövzusunda keçirdiyi beynəlxalq elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatı alacaqlar: “Ya sms, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasının hazırlayacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
