Nazir Abel Məhərrəmovun qardaşına vəzifə verdi
Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyinin aparatının bir sıra idarələri ləğv edilib, yerlərində yeni idarələr yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev dünən sərəncam imzalayıb.
Minval.info “qaynarinfo”ya istinadən xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov ləğv edilən qurumların rəislərini yeni yaradılan idarələrə rəis təyin edib.
Ləğv olunan Kadrlar Baş İdarəsinin yerində yaradılan İnsan resursları Baş İdarəsinə ədliyyə generalı Rauf Məmmədəli oğlu Məhərrəmov, onun müavini vəzifəsinə isə Rəsul Fərman oğlu Mahmudov təyin olunub.
General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.
Bu digər ləğv edilən qurumların yerində yaradılan idarələrə də şamil edilib. Belə ki, Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə Elçin Lütvəli oğlu Qasımov, Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə İlqar Kamil oğlu Məmmədov, İnsan hüquqları və kommunikasiya İdarəsinə Aynur Zakir qızı Sabitova, İnformasiya texnologiyaları və innovasiyalar İdarəsi Ağakərim Ağasəməd oğlu Səmədzadə rəis təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir