“Nazim İbrahimova cinayəti bilib gizlətdiyi üçün cinayət işi açılsın”

20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.
“MİNVAL.İNFO” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə R.Əkbərovun vəkili Taleh İbrahimov çıxış edərək bildirib ki, müvəkkilinin bu cinayətə adiyyatı yoxdur: “Rövşən Əkbərov törətmədiyi cinayətə görə burada mühakimə olunur. Lakin bir nəfər də ifadəsində hadisənin Rövşən Əkbərov tərəfindən törədildiyini deməyib. İfadə verənlərdən heç biri hadisəni görməyib”.
T.İbrahimov qeyd edib ki, Nazim İbrahimov əvvəlki 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməsə də, sonuncu ifadəsində Əkbərovun cinayəti ona etiraf etiyini deyib: “İndiyə qədər bu adam cinayət barədə niyə hüquq-mühafizə orqanlarına məlumat verməyib?! Nazim İbrahimov barəsində cinayəti bilib gizlətdiyi üçün cinayət işi başlanmalıydı. Yalan ifadə verdiyi üçün barəsində cinayət işinin başlanmasını tələb edirik”.
Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.
İttihama görə, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində “Sikora” kafesinin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış münaqişə səbəbindən onu hərbi xəncərlə vuraraq öldürüb.
Xatırladaq ki, daha öncəki məhkəmə proeseslərində çıxış edən vəkillərin sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov hadisə olan zaman verdiyi ifadələrində qətli kimin törətdiyini bilmədiyini desə də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Əkbərovun öldürdüyünü bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?