Nazənin prodüseri Təranədən üzr istədi
Müğənni Təranə Qumral və Nazənin arasında qalmaqal davam edir.
Minval.info xəbər verir ki, Nazənin Salayevanın prodüseri Pərviz Fəqan Təranə Qumraldan üzr istəyib. “Lider Maqazin”-ə açıqlama verən prodüser Pərviz bildirib ki, Təranə Qumralla arasında söz-söhbət olub: “Efirə telefon bağlantısı zamanı əsəbi oldum və Təranə xanıma müəyyən ifadələr işlətdim. Kaş ki işlətməzdim. O da, mənim dediyim sözlər üçün məhkəməyə verdi. Qanun da öz növbəsində dediyim sözləri təkzib etməyi və Təranə Qumraldan üzr istəməyimi istəyir. Mən də bu gün sizin vasitənizlə illər öncə dediyim sözləri təkzib edib, ondan üzr istəyirəm”.
Minval.info-nun əldə etdiyi məlumata görə, Təranə Qumral Pərviz Fəqanı bağışlamadığı üçün onun ölkədən çıxışına qadağa qoyulub. Bu səbəbdən də bir müddət öncə o, Gürcüstana getmək istəyəndə sərhəddən buraxılmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal