28.12.2021 - 14:23
Siyasət
14 baxış
Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı
Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb.Minval.info-nun məlumatına görə, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 27-də imzalayıb.
Qərarda deyilir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər daxil edilib:
1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial – iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
14.09.2026 - 11:24
İraq-İran sərhədində üç keçid yenidən açılır
13.09.2026 - 22:20
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
12.09.2026 - 23:21
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
12.09.2026 - 22:04
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
12.09.2026 - 21:50
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
12.09.2026 - 21:29
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
12.09.2026 - 20:19
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
12.09.2026 - 17:38