06.03.2018 - 01:52
Gündəm
20 baxış
Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğında dünyasını dəyişənlərin - FOTOLARI
Martın 2-si Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.
Minval.İnfo xəbər verir ki, yanğın nəticəsində 24 nəfərin yanmış cəsədi aşkar edilib. Dəhşətli hadisədən sonra ölənlərin sayı bəlli olsa da, onların adları açıqlanmayıb.
Buna baxmayaraq dəhşətli hadisədə həlak olanlardan bəzilərinin adları və fotoları yayılıb. Sosial şəbəkələrdə yanğın zamanı dünyasını dəyişmiş insanların yaxınları bu barədə paylaşımlar edirlər.
ƏLAQƏLİ
Bunu da oxu
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
02.09.2026 - 11:58
Faciəvi yanğında ölənlərdən birinin Elnur Süleymanov adlı vətəndaşın olduğu bildirilir.
Sosial şəbəkədə yayılan məlumata görə, Elnur musiqiçi imiş.
Belə ki, baş verən dəhşətli yanğın zamanı dünyasını dəyişən 26 nəfərdən biri də vəkil Elxan Əsədov olub. E.Əsədov da mərkəzdə müalicə alırmış.

Həmin şəxslərdən biri dispanserdə stomatoloq işləmiş Azər Sadəddinovdur. Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:
“Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.
Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.

Narkoloji Dispanserdə yanğın hadisəsində dünyasını dəyişən Suraxanı Qəsəbə sakini 26-yaşlı Fəraməz Nazim oğlu
Allah rəhmət eləsin.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39
Rəşid Mahmudova efir qadağası qoyulub?
11.08.2026 - 12:01
