Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Goranboy şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin sanitar qovşağı və su kranları sökülərək yararsız vəziyyətə gətirilib. İddialara əsasən, bu hadisənin təşkilatçısı məktəbin keçmiş direktorudur.
Minval.info xəbər verir ki, məktəbin müəllimi Fərqanə Məmmədova sanitar qovşağın müəllimlərin şəxsi vəsaitləri hesabına təmir edildiyini bildirib. O qeyd edib ki, keçmiş direktor onları şagirdlərin digər məktəblərə üz tutması və tədris prosesinin pozulması məqsədilə sanitar qovşağını dağıdacağı ilə hədələyirdi. İyunun 3-də vəzifəsindən azad edilsə də, bir müddət məktəbdə təzyiqlərini davam etdirdi. İbtidai sinif müəllimləri 100 manat, yuxarı sinif müəllimləri isə 20 manat toplayaraq bu şəraiti yaratmışdı. Baş verənlərdən sonra məktəbdə şagirdlərin sayı azalıb.
Sabiq direktor İlhamə Qasımova isə ittihamları rədd edərək sanitar qovşağın sökülməsindən məlumatının olmadığını bildirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma apardığını təsdiqləyib. Bildirilib ki, müəssisədəki avadanlıqların zədələnməsi və ya yerində olmaması faktı müəyyən edilib. Mövcud problemlərin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması və avadanlıqların təmir olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
Xorvatiyalı triatlonçu Bakıda fərqləndi: Qalib gəldi!
Torpaq konsolidasiyası: Vətəndaş razılığı olmadan alınmayacaq!
Azərbaycanda gender maaş fərqi: Qadınlar geridə qalır