Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarış günü uğurla başa çatıb. Yarışlarda 10 Qarabağ və 10 Dilbaz atı iştirak edib. İlk yarışda 3 yaşlı Qarabağ atları 1400 metr məsafəyə çıxıblar və Ramal Əliyev “Yıldız” ləqəbli atla birinci olub. Hilal Nəzərovun “Asya” atı ikinci, Orxanbəy Hacıyevin “Kalibr” atı isə üçüncü yeri tutub.
Minval.info xəbər verir ki, 4 yaşlı Dilbaz atlarının 1800 metr məsafəyə yarışında Orxanbəy Hacıyev “Zəmzəm”lə qalib gəlib. Ramal Əliyev “Tomris”lə ikinci, Hilal Nəzərov isə “Lavin”lə üçüncü olub. 5 yaş və daha böyük Qarabağ atlarının 2000 metr məsafəyə yarışında Orxanbəy Hacıyevin “Xatun” atı birinci olub. Hilal Nəzərovun “Sultan” atı ikinci, Mahmud Ağazadənin “Pablo”su isə üçüncü yeri tutub.
Günün ən maraqlı mübarizəsi 5 yaş və yuxarı Dilbaz atlarının 2000 metr məsafəyə yarışında baş verib. Hilal Nəzərovun “Bar-Bar”, Ramal Əliyevin “Senator” və Sadiq Azayevin “Dərviş” atları finiş xəttini cəmi iki saniyə ərzində müvafiq olaraq birinci, ikinci və üçüncü keçiblər. Cıdır mövsümünün növbəti yarışları sentyabrın 19-da keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
Xorvatiyalı triatlonçu Bakıda fərqləndi: Qalib gəldi!
Torpaq konsolidasiyası: Vətəndaş razılığı olmadan alınmayacaq!
Azərbaycanda gender maaş fərqi: Qadınlar geridə qalır
Bakıda bağlanan yollar vaxtından əvvəl açıldı