Narkobaron Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb
Narkobaron Pablo Eskobarın silahdaşı, kriminal aləmdə nüfuzlu olan 67 yaşlı qaçaqmalçı Xorxe Suares Boliviyada həbsxanadan qaçıb.
Bu barədə “Report” “El Emparcial.com” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, hadisə La-Pasda baş verib. Xorxe Suares həbsxanada özünü xəstə kimi qələmə verərək, özəl klinikaya yerləşdirilib. Buradan isə qaçmağa müvəffəq olub.
Boliviya polisinin Cinayətkarlığa qarşı Mübarizə üzrə Xüsusi Bölməsinin direktoru Fernando Rohas bildirib ki, polis cinayətkarı tapmaq üçün bütün kəşfiyyat üsullarını işə salıb. ABŞ məhkəməsi 1990-cı illərdə Xorxe Suaresi 36 il azadlıqdan məhrum edib. O, 28 il sonra – bu ilin aprelində şərti olaraq azadlığa buraxılıb. Lakin Boliviyaya göndərilən məhkum daha 15 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Suaresin silahdaşı olduğu Pablo Eskobar XX əsrin 80-ci illərində Medelinsk cinayətkar birləşməsinin rəhbəri olub. ABŞ tərəfindən axtarışda olan narkotik ticarətçisi planetin ən varlı adamlarından biri sayılırdı. Eskobar ABŞ-a tonlarla narkotik maddə göndərirdi. O, Kolumbiya polisinin elit bölməsinin 1993-cü ilin 2 dekabrında keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. Eskobarın ölümündən sonra Medelinsk kartelinin mövcudluğuna son qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!