Narkobaron maşınla qaçdı, polis atəş açdı... - Azərbaycanda film kimi olay
Masallı rayonunda polisdən qaçan narkobaron yoxa çıxıb.
Minval.info bildirir ki, yenicag.az-a verilən məlumata görə, Masallı rayonundan olan “Seyfi” ləqəbli Seyfəddin Hüseynov polislərdən qaçaraq Mollaoba kəndindəki çayxanalardan birinə girib. Polis onu orada həbs etmək istəyərkən Seyfəttin Hüseynov avtomobilə əyləşərək həmin ərazidən qaçıb. Bu zaman o, “VAZ 2107” və “Mercedes” markalı maşınları əzib. “Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün Mollaoba kəndinin qəbiristanlığı istiqamətə hərəkət edib. Polislər narkobaronun avtomobilini saxlamaq üçün maşının təkərlərinə atəş açsa da, Seyfəddin Hüseynov polislərdən yayına bilib. Seyfəddin Hüseynovun maşını daha sonra Mollaoba kəndində kanala düşüb, ancaq polis tərəfindən qovalanan şəxs maşından çıxmayıb.
Mollaoba kəndindən verilən məlumata görə, kənddə çoxlu sayda polis cəmləşib. Seyfəddin Hüseynovun axtarışı davam edir.
Əlavə məlumat olduqca diqqətinizə çatdıracağıq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir